AZ

Ukraynanın defoltdan qaçmaq üçün bir ayı var – “The Economist”

Ukraynanın defoltdan qaçmaq üçün bir ayı var.

İnterpress.az xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb. Nəşrin məlumatına görə, avrobondlar üzrə borc tətili avqustda başa çatır.

BVF Ukraynanın borcun azaldılması ilə bağlı razılığa gəlməsinə çalışır, lakin qalan müddətdə razılaşma əldə edilməyəcək.

Nəşr həmçinin qeyd edir ki, hərbi əməliyyatlar “Ukrayna iqtisadiyyatına böyük ziyan vurur”. Onun ÜDM-i 2022-ci ilin əvvəli ilə müqayisədə hazırda dörddə bir azdır və borcun məbləği ÜDM-in 94%-nə çatıb.

Uzunmüddətli perspektivdə bu, ölkənin bərpası üçün fəlakət ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
interpress.az

1Mənbələr