AZ

“Ukrayna ilə danışıqlara hazırıq” - Kreml Zelenskinin təklifinə cavab verib, amma...

Rusiya Ukrayna ilə istənilən formada dialoqa açıq olaraq qalır.

“AzPolitika” xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin Moskva ilə vasitəçilərin iştirakı ilə danışıqlara başlamağa hazır olması barədə sözlərini şərh edərkən deyib.

“Prezident Putin dəfələrlə bildirib ki, Rusiya Federasiyası qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün istənilən ünsiyyətə, istənilən dialoqa açıqdır. Biz bu açıqlığı qoruyuruq, prezident də qoruyur”, - Peskov deyib.

Qeyd edək ki, bir gün əvvəl Zelenski ABŞ mətbuatına müsahibəsində Ukrayna və Rusiya arasında “taxıl sazişi”nə bənzər danışıqların mümkün olduğunu deyib. Zelenskinin sözlərinə görə, “taxıl sazişi” məsələsində Ukrayna və Rusiya ayrı-ayrılıqda BMT və Türkiyə ilə saziş imzalayıb. Ukrayna liderinin sözlərinə görə, bu model başqa sahələrdə də istifadə oluna bilər.

Zelenski vurğulayıb ki, təkcə Ukraynanın müttəfiqləri deyil, müxtəlif qitələrdən olan ölkələr də vasitəçi ola bilərlər. İyunun 28-də Zelenski deyib ki, Ukrayna Rusiya ilə müharibəni uzatmağı planlaşdırmır və 2024-cü ildə nizamlama planı hazırlamaq niyyətindədir.

Lakin Peskovun açıqlamasına diqqət yetirdikdə, Kremlin “danışıqlara hazırıq” bəyanatı “qoyduğumuz məqsədlərə nail olmaq üçün” şərti ilə müşayiət olunur. Rusiyanın “məqsədləri” isə hamıya bəllidir - əgər gücü çatsa, Ukraynanın yeni torpaqlarını işğal etmək, onun dövlətçiliyinə son qoymaq və sair. Ona görə də Kremlin Kiyevlə real danışıqlarda nə dərəcədə maraqlı və səmimi olduğu böyük sual olaraq qalır...

“AzPolitika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
azpolitika.info

1Mənbələr