AZ

13 yaşlı qızı ildırım vurdu

Yunanıstanın Halkidiki şəhərində 13 yaşlı qızı ildırım vurub.

"Cebhe.info" xəbər verir ki, Halkidikidə bir ailə dənizdə çimərkən hava qəfil pisləşib.

Yağış yağmağa başlayanda ailə dənizdən çıxaraq əşyalarını toplamağa başlayıb.

Bu vaxt ildırım ana və qızı 3 metr aralıda vurub. Ana yaralanarkən, 13 yaşlı qızı dünyasını dəyişib.

Təcili olaraq hadisə yerinə çağırılan tibb qrupları uşağın öldüyünü açıqlayıb. 

Ata havanın qəfil dəyişməsi ilə əlaqədar dənizi tərk etdiklərini və hadisənin onlar çimərlikdən əşyalarını yığıb yola düşmək ərəfəsində baş verdiyini belə izah edib:

"Qızım yenidən ayağa qalxa bilmədi, anası da yaralandı. Böyük şok və ağrı yaşadıq".

Qeyd edək ki, uşağını meyiti ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya İnstitutuna göndərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
cebheinfo.az

1Mənbələr