AZ

Berbok Rusiyanı ən böyük təhdid adlandırıb

Almaniyanın xarici işlər naziri Barbok Rusiyanı Avropanın təhlükəsizliyinə ən böyük təhdid adlandırıb.
Elchi.az xəbər verir ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiyanı yaxın gələcəkdə Avropa təhlükəsizliyinə ən böyük təhdid adlandıraraq, mövcud dünya nizamının qorunmasına və Ukraynaya dəstəyin artırılmasına çağırıb. Onun sözlərini “Bild in Russian” Telegram kanalı sitat gətirir.
“Biz Avropamızı, yəni Avropamızın hər kvadrat santimetrini və azadlığımızı müdafiə edəcəyik” deyən Berbok Rusiyanın qarşısının alınmasının “aydın və dəqiq olmalıdır” deyib.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, qitənin müdafiə siyasəti Moskvanın onun təhlükəsizliyinə təhdid yaratdığı iddia edilən “reallığa incə şəkildə uyğunlaşdırılmalıdır”. Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının ən böyük ölkəsi kimi bu məsələdə xüsusi məsuliyyət daşıyır.
Bundan əvvəl Berbok Vladimir Putini Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli ilə bağlı dialoq aparmaq istəməməkdə ittiham edib.
“Dünyanın yarısı hər gün sülhü müdafiə etməyə çalışır. Amma bunun üçün həm də Rusiya prezidenti lazımdır, o, təəssüf ki, söhbətə tam hazır deyil”, – Berbok bildirib. Bundan əlavə, onun sözlərinə görə, Rusiyanın nüvə təlimləri guya sülhə nail olmaq istəmədiyini göstərir.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
elchi.az

2Mənbələr