“VAR-da nə etdiklərini bilmirəm. Bəlkə də fasiləyə 1:0 hesabı ilə yollansaydıq, hər şey dəyişəcəkdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol deyib.
Çalışdırıcı hakim qərarlarından şikayətlənib:
“Biz kifayət qədər yaxşı oynadığımız ilk hissəni həmişə xatırlayacağıq. Amma bəyənmədiyimiz məqamlar da oldu.
İspaniyanın ilk qolu qeydə alınmamalı idi. Morata ofsaydda idi.
Lakin İspaniya daha güclüdür və 1/4 finala vəsiqə qazanmağa layiqdir. Bu oyuna qədər biz artıq Avropa çempionatının qalibi olmuşuq.
Ümid edirəm ki, biz Gürcüstan üçün yaxşı imic qoyub getmişik”.
Ötən gün Avro-2024-ün 1/8 finalında Gürcüstan millisi İspaniyaya məğlub olaraq (1:4) turnirdə mübarizəni dayandırıb. Görüşün baş hakimi fransalı Fransua Letekse olub.