AZ

Roberto Martines: “Sloveniya yığması ilə diqqətli olmalıyıq”

Portuqaliya millisinin baş məşqçisi Roberto Martines AÇ-2024-ün 1/8 finalında Sloveniyaya qarşı keçirəcəkləri oyun haqda fikirlərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, ilk dəfə 1/8 finala yüksəlmiş Sloveniya yığması üçün futbolda tarixi bir məqamdır. Biz onların məşqçisinin nələr etdiyinə heyranıq. Portuqaliya yığması təravərlidir, biz hazırıq, mən isə sualları iyulun 15-də – Avropa çempionatının finalından sonra cavablamaq istərdim. Avropa çempionatında bir çox komandalar qalib gələ biləcəklərinə inanırlar. Hər bir oyun kiçik xüsuslardan asılıdır. Sloveniya yığması da belədir. Onlar mütəşəkkil və rəqabətəqadirdirlər, diqqətimizi cəmləməliyik”, deyə Roberto Martines vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin Portuqaliya – Sloveniya oyunu bu gün, iyulun 1-də Frankfurtun “Doyçe Bank Park” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
arena.az

1Mənbələr