AZ

Zelenski: "Müharibəni bitirmək üçün plan hazırlayırıq"

"Müharibənin sonsuza qədər davam etməsini deyil, mümkün qədər tez bitməsini istəyirik".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Müharibədən bezdiyini etiraf edən Zelenski bildirib ki, Ukrayna müharibənin uzanmasını istəyən tərəf deyil:

"Cəbhədə əsgərlərimiz arasında çoxlu itkilər var. Müharibənin ən qısa zamanda ədalətli sülhlə başa çatmasını arzu edirik. Bu səbəbdən biz ikinci Ukrayna sülh konfransı üçün yeni hərtərəfli sülh planı hazırlayırıq. Biz onu ilin sonuna kimi bütün maraqlı tərəflərə və dünya ictimaiyyətinə təqdim etməyi qarşıya məqsəd qoymuşuq. Planın əsasını İsveçrədə ifadə etdiyimiz sülh formulu təşkil edəcək".

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
bakivaxti.az

2Mənbələr