AZ

Qadınların akademik göstəriciləri kişilərdən yüksək olur

Sertifikasiya imtahanında riyaziyyat fənni üzrə 38 təhsilverən maksimal 60 bal toplayıb. Bu müəllimlərdən 3-ü kişi, 35-i qadındır. Statistikalara nəzər yetirən zaman aydın görmək olur ki, istər tələbə, istər abituriyent və ya müəllim olsun, qadınlar həmişə yüksək nəticə toplamaqla üstünlük təşkil edir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyevanın sözlərinə görə qadınların təhsil sahəsində yüksək nəticə toplamaqlarının bir neçə səbəbi ola bilər:

 

“Araşdırmalar göstərir ki, qadınlar kişilərdən daha yüksək nizam-intizam səviyyələrinə malikdirlər. Nizam-intizam akademik uğuru proqnozlaşdıran ən güclü şəxsiyyət xüsusiyyətlərindən biridir və bu, qadınların daha yüksək nəticələr əldə etməsinə kömək edir. Bu səbəbdən də, qadınlar kişilərdən daha məsuliyyətli və səbirli, oxumağa və yazmağa meyllidirlər. Qadınlar, xüsusən də verbal sahələrdə və ümumi akademik göstəricilərdə kişilərdən daha yüksək motivasiya səviyyəsinə malikdirlər”.

 

Məsələn, qadınlar dil əsaslı bacarıqlarda və ümumi orta qiymətlərdə kişilərdən daha yüksək nəticələr göstərirlər. Həmçinin, təhsil almağı daha keyfiyyətli həyat üçün vasitə hesab edirlər.

 

“Qızlar və qadınlar daha çox sosial gözləntilərə uyğun gəlməyə çalışırlar və  həyatın axışında daha az risk almağa meylli olurlar, buna görə də imtahanlara daha yaxşı hazırlaşırlar. Qadınlar daha yüksək emosional zəka və özünüdərk səviyyələrinə malikdirlər, bu da onların akademik performansına müsbət təsir göstərir. Emosional zəka, özünəinam, və iradəlilik kimi xüsusiyyətlərin akademik nəticələrə təsiri böyükdür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
azedu.az

1Mənbələr