AZ

İrəvanda sorğu: “Tezliklə sülh sazişi bağlanacaq”

Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda erməni mediası mütəmadi olaraq, İrəvan və digər şəhərlərdə rəy sorğuları keçirirlər. Tribunainfo.az xəbər verir ki, məqsəd əhalinin sülh sazişinin imzalanıb, imzalanmayacağına olan münasibətini müəyyən etməkdir.
Dünən Oragir.News saytı İrəvanda “Azərbaycan və Ermənistan arasında sülh danışıqları nəticə verəcəkmi” sualı ilə sorğu keçirib. Tribunainfo.az xəbər verir ki, sorğuda iştirak edən respondentlərin böyük qismi tezliklə sülhün əldə olunacağına ümid etdiklərini bildiriblər.
Bunun nəticə verməyəcəyi, müharibə olacağı düşüncəsində olanların sayında isə bir qədər azalma var. Erməni saytı yazır ki, İrəvan əhalisi indiki qeyri-müəyyən vəziyyətdə yaşamaq istəmədiyini dilə gətirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
tribunainfo.az

3Mənbələr