AZ

Moskvada italiyalı iş adamını belə oğurladılar - VİDEO

Moskvanın mərkəzində İtaliya vətəndaşının oğurlanması anı videoya düşüb.

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin "Telegram" kanalında yayımlanıb.

Bildirilir ki, 21 yaşdan 36 yaşa qədər olan dörd ortaq adam oğurluğunda ittiham olunub. İstintaqın məlumatına görə, İtaliya vətəndaşı Moskvanın mərkəzində, Sadovaya-Triumfalnaya küçəsində yerləşən evin həyətində hücuma məruz qalıb. Təcavüzkarlar kişini tapança ilə hədələyib, başına torba keçirib, əlini qandallayıblar və məcburi şəkildə onu maşına mindiriblər. Oğurlanmış adam Bryanska aparılıb və orada bir gündən çox saxlanılıb. 

Yayımlanan videoda bir neçə nəfərin kişiyə necə hücum etdiyi görünür. Müstəntiqlər müəyyən ediblər ki, oğurlanan şəxs İtaliya tanınmış biznesmendir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
50
unikal.az

10Mənbələr