AZ

“Sona qədər məndə belə bir hiss var idi”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün 1/8 finalında Slovakiyaya qalib gəldikləri matçı (2:1) şərh edib.

O, hesabda geri düşmələrinə baxmayaraq qələbəyə sona qədər inandıqlarını bildirib: “Oyunçularımın bu gün göstərdikləri xarakterə görə onlarla çox fəxr edirəm. Meydana çıxan bütün futbolçular öz işini gördü və bu maneəni dəf etməyimizə kömək etdilər. Bu oyunçular bu gün olduğu kimi həmişə bir-birini irəli aparır, bir-birlərinə kömək edirdilər və bu, nəticə verdi. Sona qədər məndə belə bir hiss var idi ki, matçın nəticəsi müəyyən edilməyib və bilirəm ki, indi bu, gülməli səslənir, amma biz sona qədər inandıq”.

Sautqeyt qol müəlliflərindən də danışıb: “Oyunun bitməsinə 15 dəqiqə qalmış Cud Bellinqemin ayaq üstə qalmağı bacarıb-bacarmayacağını düşünürsən. O və Harri Keyn kimi futbolçuları məhz belə anlar üçün meydanda saxlayırsan. Oyunun “ölməməsi” ilə bağlı məndə bir hiss yarandı. Biz təzyiq edirdik və araşdırırdıq. Nəhayət, qol vura bildik”.

Xatırladaq ki, oyunda hesabı Slovakiya millisi açıb və matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngiltərə millisi 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb və görüşdə əlavə vaxt oynanılıb. İngilislər əlavə vaxtda daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
futbolinfo.az

1Mənbələr