AZ

“Asiya uşaqları” Oyunlarının qalibi: Dostumu məğlub edən idmançıdan revanş aldım

“Asiya

Yakutsk, 1 iyul, Leyla Muradzadə, AZƏRTAC

“Finaldakı rəqibim Göygöldə keçirilmiş Avropa Kubokunda dostuma qalib gəlmişdi. Döyüşdən öncə özümə söz verdim ki, burada ondan revanş alacağam”.

Bunu AZƏRTAC-a açıqlamasında Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının finalında qazaxıstanlı Kıdırbay Mırzatayı yenərək qızıl medal qazanan Əli Hümbətov deyib.

66 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı qarşıya qoyulan hədəfə çatdığını bildirib: “Məqsədim qızıl medal qazanmaq idi. İnanıram ki, bundan sonra daha çox nailiyyətlər əldə edəcəyəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
azertag.az

1Mənbələr