AZ

Almaniya 7,48 milyardlıq silah ixracına icazə verdi

Almaniya hökuməti yanvarın 1-dən iyunun 18-dək 7,48 milyard avro dəyərində silah ixracına icazə verib.

Publika.az bildirir ki, bu barədə Alman Xəbər Agentliyindən (DPA) məlumat verilib.

Qeyd olunur ki, bu rəqəm 2023-cü ilin birinci yarısı ilə müqayisədə 30 faiz artımdan xəbər verir. İxrac təsdiqinin təxminən 65 faizi Almaniyanın Rusiyaya qarşı dəstəklədiyi Ukraynaya aid olduğu deyilib.

Ukraynadan sonra silah ixracına ən çox razılıq alan ölkələr isə Səudiyyə Ərəbistanı, Sinqapur, Hindistan və Qətərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
publika.az

1Mənbələr