Sürətlə yüksələn texnoloji şirkətlər dəyər itirə bilər.

İndex.az xəbər verir ki, “Goldman Sachs”ın araşdırmasına görə, bu il “S&P 500” birjası texnoloji şirkətlərin yüksəlişi ilə rekord səviyyəyə qalxdıqdan sonra yenidən ucuzlaşacaq.

“Wall Street Bank”ın qlobal hedcinq fondu masasının rəhbəri Toni Pasquariello, cümə günü müştərilərə yazdığı qeyddə bu barədə məlumat verib:

“Bazar hər nə qədər yüksəlişdə olsa da, gün keçdikcə azalma ehtimalı artır. Ona görə də, siyasi oyunun növbəti mərhələsinə keçərkən ümumi portfel riskini azaltmaq üçün yerlər axtarmağa başlamaq lazımdır”.

Bu il 31 dəfə rekord qıran və cümə günü 5460-lıq göstərici ilə günü bağlayan “S&P 500” birjasında süni intellektə edilən yatırımlardan sonra iri miqyaslı texnologiya şirkətləri sürətlə yüksəldi.

Pasquariellonun sözlərinə görə, bazar hələ də maliyyə şərtlərinin yaxşılaşdırmaq üçün nəhəng şirkətlərdən dəstək tapa bilər.