“Hazırda Gürcüstan ərazilərinin 20 faizi Rusiyanın işğalı altındadır və bu torpaqlardan 300 min insan didərgin düşüb”.
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan parlamenti Xarici Əlaqələr Komitəsinin sədri, Gürcüstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze Assambleyanın Buxarestdə keçirilən 31-ci illik sessiyasında çıxışı zamanı deyib.
O, həmçinin vurğulayıb ki, ATƏT Parlament Assambleyasına üzv olan bəzi dövlətlərin hələ də işğal terminindən istifadə etməməsi onu təəccübləndirir.
“Beynəlxalq Cenevrə müzakirələri formatında danışıqlar illərdir, o cümlədən ATƏT-in həmsədrliyi altında davam edir, lakin sülh prosesi hələ də nizamlana bilmir”, - Nikoloz Samxaradze deyib.
Xarici Əlaqələr Komitəsinin sədri çıxışının sonunda beynəlxalq ictimaiyyəti bu məsələ ilə bağlı daha ciddi addım atmağa çağırıb.