“Mercedes-Benz” daxili yanma mühərriklərinin (ICE) gələcəyini təmin etmək üçün böyük bir addım atdı.

İndex.az xəbər verir ki, “Mercedes”, bu il minik avtomobilləri bölməsi, xüsusilə “S-Class” modeli üçün 14 milyard avro (təxminən 15 milyard dollar) sərmayə qoyduğunu açıqladı.

Bu sərmayənin yüksək texnologiyalı daxili yanma mühərrikləri texnologiyası, elektrikləşdirmə və rəqəmsallaşmaya ayrıldığı bildirilib.

Bununla belə, o, daxili yanma mühərriklərinin hazırlanmasına nə qədər xərclənəcəyi barədə ətraflı məlumat verməyib. Bu xərclərin böyük hissəsi “Mercedes” flaqmanı “S-Class” modelinə gedəcək.