Dünyanın ən böyük yaddaş çipi istehsalçılarından biri olan “SK Hynix” son vaxtlar meqa investisiyalarını davam etdirir.

İndex.az xəbər verir ki, şirkət yaddaş çipi biznesini gücləndirmək üçün 74,6 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Son aylarda “SK Hynix” tərəfindən bir-birinin ardınca nəhəng investisiya qərarlarının verildiyini görürük.

74,6 milyard dollarlıq bu yeni investisiya qərarı şirkətin digər investisiyalarına əlavədir.

Buna görə də, yeni investisiya “SK Hynix”in artıq tikintisinə başladığı 90 milyard dollarlıq dünyanın ən böyük “meqa fabrik” kompleks investisiyasından fərqlənir.

Bununla yanaşı, “SK hynix”in ana şirkəti olan “SK Group”un 74,6 milyard dolların üzərinə əlavə 58 milyard dollar xərcləməyi hədəflədiyi bildirilir.