AZ

“Əgər seçilmək şansı olan dairələr olsa təbii ki, iştirak etmək istəyərdim” - Abutalıb Səmədov

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

2023-cü ildə fəaliyyətini dayandırmış Azərbaycan Naminə Alyans Partiyasının sədri olan Abutalıb Səmədov seçkidə iştirak edib-etməyəcəyi ilə bağlı Herbiand.az-a bildirib ki, seçkilər barədə qərar yenicə qəbul olunub və proses indi başlayıb:

“Namizədliyin verilməsi üçün dairələrdəki vəziyyət və irəli sürülən namizədlər mütləq ciddi şəkildə araşdırılmalıdır. Əgər seçilmək şansı olan dairələr olsa təbii ki, iştirak etmək istəyərdim. Ancaq hesab edirəm ki, elə bir şans olmadan seçkiyə getmək və namizədliyi vermək düzgün deyil. Mən uzun müddət seçkilərdə iştirak etməmişəm. Ona görə hesab edirəm ki, ciddi araşdırmalara ehtiyac var. Ən əsası dairələrdə namizədliyini irəli sürmüş şəxslərin sayı və kimliyi öyrənildikdən sonra belə bir addım atıla bilər”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
herbiand.az

1Mənbələr