AZ

Daniel Karvaxal bacanağının “Real”dan getməsinə təəssüflənir

“Real”ın və İspaniya yığmasının sağ cinah müdafiəçisi Daniel Karvaxal millidəki bəzi komanda yoldaşlarına tərif yağdırıb.

Arena.az xəbər verir ki, o, ötən mövsüm “qaymaqlılar”ın heyətində “Çelsi”dən icarə əsasında çıxış etmiş ispan qapıçı Kepa Arrisabalaqanın peşəkarlığından danışıb:

“Bu il “Real”ın paltardəyişmə otağında ab-hava təsiredici idi. Mənim üçün ən böyük nümunə Kepa idi. O, Tibo Kurtuanın uzunmüddətli zədəsi səbəbindən icarəyə götürülmüşdü. Andrey Lunin mövqedə onu qabaqlayırdı, amma hər gün gülərüzlə gəlir, məşqdə mütləq işləyir, sonra isə daha yaxşı olmaq və komandaya kömək edə bilmək üçün idman zalında çalışmağa qalırdı. O, oynadığı mövqedə hamımızı töhfə verməyə sövq edən peşəkar oyunçunun parlaq nümunəsidir”, deyə Karvaxal vurğulayıb.

Dani Bilbao “Atletik”inin və İspaniya yığmasının hücumçusu Niko Uilyams haqda da danışıb. Mətbuatda, ispan hücumçu ilə bir çox yüksək səviyyəli klubarın maraqlanması haqda xəbərlər peyda olub. Karvaxal da onu böyük klublardan birində görməyi arzulayır:

“Niko Uilyams “Barselona”ya keçə bilərmi? Nikonun “Barselona” və ya “Real” kimi böyük klublarda oynayacaq səviyyədə olduğunu bilirəm, o, çox yaxşıdır”, deyə Karvaxal bildirib.

Daniel Karvaxal ispan hücumçu Xoselunun “qaymaqlılar”dan ayrılmasına da münasibət bildirib. Xatırladaq ki, Karvaxalla bacanaq olan Xoselu bir neçə gün öncə Qətərin “Əl-Qarafa” klubuna keçib:

“Xoselunun getdiyinə görə çox təəssüflənirəm. Bütün günü bir yerdə oluruq, uşaqlarla və s. Əslində, mən keçən il “Real”a onu almağı tövsiyə edənlərdən biri idim, çünki “Espanyol”un yuvarlanacağı təqdirdə onun vəziyyətini bilirdim. O, 18-19 qol vurdu, bizi Çempionlar Liqasının finalına çıxardı, ona görə də bizə verdiyi hər şeyə görə ona təşəkkür etməliyik. Mbappe və Endrikin gəlişi ilə onun imkanlarının azalacağını və xaricdən maliyyə baxımından cəlbedici təklif alacağını başa düşürəm. Biz onu Qətərdə ziyarət edəcəyik”, deyə Karvaxal bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
arena.az

1Mənbələr