AZ

Rusiyanı Qərbə satan Ermənistanın aqibəti necə olacaq? - Putinin qorxunc QƏZƏBİ nə ilə bitəcək? - Bircə düyməyə... 

“Ermənistanın ağlı yoxdur. Qafqaz ölkələrindən Avropa dövlətləri ilə ən yaxşı işləyən Azərbaycandır. Gürcüstanı artıq bloklayırlar, indi də Ermənstanla nəsə eləmək istəyirlər”.

Bunu Referans.az-a Ermənistanın Avropa İttifaqına üzvlüyündən danışan politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, havayı pendir ancaq tələdə olur:

“Paşinyan siyasətçi deyil. Avropa Paşinyanı oyuna çəkir. Ulkrayna Prezidenti Volodimir Zelenski də əvvəl yekə- yekə danışırdı. Bu bir layihə idi. Paşinyan da Qərbin layihəsidir. Rusiya buna imkan verməyəcək. Hər bir dövlətin özünün milli strategiyası, milli maraqları var. Rusiyanın milli maraqlarında Ermənistanın xəyanəti yox idi. Ona görə də Rusiya şokdadı və indi- indi ayılır. Paşinyanın atdığı addımlar Ermənistan dövlətini uçuruma sürükləyir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə dedi ki, Erməsnitanı yaxşı tanımırsınız. Ermənistanın nə zaman xəyanət edəcəyini şəxsən Putin bilirdi. Ruslar indi bilirlər ki, cənab İlham Əliyev uzaqgörən siyasətçidir”.

Ekspert deyir ki, Rusiya indi başa düşüb ki, Ermənistan onları satacaq. Bu da Rusiyanın bütün Qafqaz siyasətinin puç olması deməkdir. Rusiya Gürcüstanı dünya ilə üz- üzə qoydu. Ermənistan Rusiya üçün elə də ciddi faktor deyil.

Politoloq bildirir ki, Ermənistanı elə Moskvada yaşayan ermənilər satacaq: ”Ermənilərin üzü qlobus kimi bir şeydir. Hara çevirirsən erməni sifətidir. Siyasətdə qlobus sifətlilər uzağa gedə bilmirlər. Elə fikirləşirlər ki, bunlar hamıdan ağıllıdırlar. Amma yumruq başlarına dəyəndə sifətlərinin sayı azalır. Ermənistanının özündə hazırda 1.8 milyon əhali qalıb. Ermənistan yalandan hay- küy salır ki, əhalisi 5 milyondur. Çünki aylıq miqrasiya tempi şox yüksəkdir. Orta hesabla 35- 40 min rəsmi müraciət edənlər var. Son zamanlar Ermənilər Kanada, Avstraliya və Yeni Zelandiyaya dadanıblar. Ermənilərin ən böyük diasporası Fransadadır”.

Cümşüd Nuriyev qeyd edir ki, 1475- ci ildən öncə Azərbaycan ərazilərində bir nəfər də olsun erməni olmayıb: “İravan xanlığının vaxtında ermənilər İrəvan yaxınlığında bir kənd alıb, yerləşiblər. O vaxtkı sənədlərə baxsaq, Qərbi Azərbaycanda bir nəfər də olsun erməni olmadığını açıq- aydın görərik. Bu faktdır. Tarix həmişə təkrarlanır. Ermənilər nə ediblərsə, onun da cavabını alacaqlar. “Etmə, bulma” dünyasıdır. Onlar xəyanətlə gəliblər və xəyanətin də qurbanı olacaqlar. Ermənistanın məhv olması nəsə qalmayıb. Putinin bir dənə düyməyə basmasına bağlıdırlar”.

Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
referans.az

1Mənbələr