AZ

Dizelin qiyməti qalxdı - Bu avtomobillər ucuzlaşacaq

Azərbaycanda dizel yanacağının qiymətinin 1 manat müəyyən edilməsi dizel mühərriklə işləyən minik avtomobillərinin qiymətinə təsir edəcək.

Turkustan.azbildirir ki, böyük ehtimalla dizel avtomobillərinin qiymətində ucuzlaşma olacaq.

Dizel mühərriklə təchiz edilən minik avtomobillərinə tələbin böyük olmasının səbəbi dizel yanacağının benzinlə müqayisədə çox ucuz olması idi. Yeni qiymət tənzimlənməsindən sonra bu fərq azalıb. Əvvəlki illərin təcrübəsi də göstərir ki, benzin və dizelin qiyməti arasında kəskin fərq olmadıqda avtomobil almaq istəyənlər benzin avtomobillərinə daha çox üstünlük verir. Bu səbəbdən də dizel avtomobillərin qiyməti enir.

Ehtimal ki, eyni dəyişiklik iyulun 1-dən yanacağa yeni qiymətlərin tətbiqindən sonra da müşahidə olunacaq. /sfera.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
turkustan.az

1Mənbələr