AZ

Zaur Əhməd: “Ümid edək ki, parlament xalqın iradəsi ilə formalaşacaq”

1 sentyabrda ilk dəfə olaraq  Azərbaycan Respublikasının bütün ərazilərində parlament seçkiləri keçiriləcək. Milli Məclisdə yeni simaların olacağı gözləniləndir.

Bundan öncəki seçkilərdə adını namizədlər sırasında gördüyümüz jurnalist Zaur Əhməd  Herbiand.az-a parlament seçkilərinə namizəd olaraq qatılacağı barədə hələ qərar vermədiyini bildirdi:

“Sonuncu parlament seçkilərində fərqli əhval-ruhiyyə var idi. Mənim də, elə bəzi dostların seçki marafonuna qoşulması elə bu fərqli ab-hava ilə bağlı idi. Amma reallıqlar gözləntilərdən xeyli fərqli oldu. 44 günlik Vətən Müharibəsindən sonra Azərbaycan yeni bir dönəmə qədəm qoyub. Gərək bundan sonrakı bütün proseslər, seçkilər əvvəlkilərdən fərqli olsun. Ümid edək ki, parlament xalqın iradəsi ilə formalaşacaq. Xankəndi, Şuşa, bütün Qarabağda seçicilər öz istədikləri şəxsləri təmsilçi seçəcəklər”.

Emin ŞİRVANZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
herbiand.az

1Mənbələr