AZ

İzmirdə baş verən partlayışda ölənlərin sayı artıb

İzmirdə

Türkiyənin İzmir şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu əyalətin qubernatoru Süleyman Elban bildirib.

Onun sözlərinə görə, partlayışda 57 nəfər yaralanıb və hazırda onlara zəruri tibbi yardım göstərilir.

Partlayış bazar günü təxminən saat 15:00 radələrində restoran və çörək sexinin yerləşdiyi yaşayış binasının birinci mərtəbəsində baş verib. Yaxınlıqdakı 10 evə də ziyan dəyib.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
reyting.az

1Mənbələr