AZ

Paris küçələrində talanlar başlayıb

Paris

Radikal qara blok hərəkatının üzvləri Paris şəhərinin küçələrində talanlar təşkil ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, radikallar Fransa paytaxtında bəzi kafelərin şüşələrini sındırmağa, zibil qutularını yandırmağa başlayıblar.

Səsvermənin birinci turunun nəticələri açıqlandıqdan sonra solçu tərəfdarlar tərəfindən geniş mitinq təşkil edilib. Bir neçə saat ərzində yürüş nisbətən sakit keçəndən sonra nümayişçilərə qara blokun üzvləri qoşulub və onlar küçələrdə talanlara başlayıblar.

Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşma baş verib.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
reyting.az

1Mənbələr