AZ

Şuşa Türk dünyasının paytaxtına çevrilir



"Şuşa artıq Türk dünyasının paytaxtına çevrilir. Bu ay Şuşada baş tutacaq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşü bunu bir daha sübut edir".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, sözügedən zirvə görüşü Şuşanın nəinki Türk dünyasında, hətta beynəlxalq səviyyədə tanıdılmasına, onun təbliğinə imkan yaradacaq:

"Bu zirvə görüşü həm də işğaldan azad edilmiş ərazilərimizdə, Şuşada həyata keçirilən quruculuq-abadlıq işlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətli olacaq. Bildiyimiz kimi, bir sıra Türk dövlətləri də azad edilən ərazilərimizdə, o cümlədən Şuşada həyata keçirilən quruculuq işlərində yaxından iştirak edir, bu prosesə dəstək verirlər. Zaman-zaman ayrı-ayrı ölkələrin liderləri Azərbaycana rəsmi və dövlət səfərləri çərçivəsində Şuşada və digər azad edilən ərazilərimizdə olublar".

Arzuman Muradlı onu da qeyd edib ki, Azərbaycan Türk dünyasının birlik və bərabərliyi, Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsi və qlobal aktora çevrilməsi fəal rol oynayan ölkələrdən biridir:

"Elə yaxın vaxtlarda keçiriləcək Şuşa zirvəsi də bunun əyani sübutudur".

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
50
newscenter.az

10Mənbələr