İspaniya NATO-nun Rusiyaya qarşı səyləri çərçivəsində Slovakiyaya ordusunu yerləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti məlumat yayıb.
“NATO-nun səyləri ilə birlikdə İspaniyanın alyansın şərq cinahında iştirakı eksponent olaraq artıb. Son addım 780-dən çox əsgərdən ibarət kontingentin Slovakiyaya göndərilməsidir”, - məlumatda qeyd olunub.
Qeyd olunur ki, Madridin yaratdığı çoxmillətli batalyona Portuqaliya, Çexiya, Slovakiya və Sloveniya hərbçiləri daxildir.
Müəllif: Əsəd Məmmədəliyev