AZ

Şuşa görüşü TDT-nın təşkilatlanmasında mühüm əhəmiyyət kəsb edəcək



"Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi tədbiri ilk növbədə tədbirdə iştirak edəcək türk dövlətlərinin Azərbaycana dəstəyinin bir göstərici olacaq".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, zirvə görüşü Azərbaycanın Şuşa şəhərinin işğaldan sonra inkişafının da gələn qonaqlara və dünyaya göstərilməsi baxımından önəmli olacaq:

"Bütün dünya görəcək ki, Azərbaycan Şuşada hansı xarüqələr yaradır".

Azər Qasımovun sözlərinə görə, keçiriləcək tədbir TDT-nın təşkilatlanmasında da mühüm əhəmiyyət kəsb edəcək:

"Liderlərin görüşünün ardıcıl olaraq qısa aralarla keçirilməsi da önəm daşıyır. Bu tədbir TDT haqda beynəlxalq səviyyədə yeni gücün formalaşdığının işarəsidir".

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
newscenter.az

1Mənbələr