AZ

Qırğızıstanda sel 8 nəfərin həyatına son qoyub

Qırğızıstanın Oş vilayətinin Nookat rayonunda sel və daşqınlar nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir. Xəbəri “Anadolu” verib. 

Məlumata görə, xilasedicilər daha bir qurbanın cəsədini aşkar ediblər.

Daha əvvəl yeddi nəfərin ölüm xəbəri yayılmışdı.

İyunun 28-də Nookat rayonunda sel baş verib. Sel körpüləri, yolları və elektrik yarımstansiyalarını yuyub, eyni zamanda, çayın sahilində dincələn insanları aparıb.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
xalqqazeti.az

1Mənbələr