AZ

Azərbaycan və Bolqarıstan arasında ticarətdə artan dinamika mövcuddur

Bakı. TurkicWorld :

2023-cü ildə Azərbaycan və Bolqarıstan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 57% artıb, 2024-cü ildə isə davamlı artım dinamikası var.

TurkicWorld xəbər verir ki, bu barədə bu gün kənd təsərrüfatı naziri, Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının həmsədri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında deyib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığa dair 69 sənəd imzalanıb, daha 7 sənəd isə baxış mərhələsindədir.

"Ticarət əlaqələrini daha da genişləndirmək imkanı var. Həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirməkdə qətiyyətliyik", - deyə nazir əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
turkic.world

1Mənbələr