AZ

Bakıda 20 yaşlı qadın öldürüldü -QARDAŞI SAXLANILIB

İyulun 1-də Bakının Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Senzor.az Binəqədi Rayon Prokurorluğuna istinadən bildirir ki, araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan T.Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Seçilən
87
6
senzor.az

8Mənbələr