AZ

Yamal Ronaldonun uğurunu təkrarladı

style='margin-bottom:10px;'>

İspaniya millisinin hücumçusu Lamin Yamal Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun uğurunu təkrarlayıb.

QOL.az xəbər verir ki, o, buna ötən gecə Avro-2024-ün 1/8 finalında Gürcüstanla görüşdə qol ötürməsi verməklə nail olub. Nəticədə 16 yaşlı forvard Ronaldodan sonra Avropa çempionatının pley-off mərhələsində qol ötürməsi edən ilk yeniyetmə olub.

Cari Avropa çempionatında Yamal ümumilikdə 4 matçda iştirak edib və 2 qolun ötürməsini verib.

Onun komandası turnirin 1/4 finalında Almaniya millisi ilə qarşılaşacaq.

Seçilən
102
29
teleqraf.com

10Mənbələr