AZ

İspaniyalı Niko Uilyams Gürcüstana qarşı keçirdiyi oyunda Avropa çempionatının tarixini yenidən yazdı

İspaniyalı yarımmüdafiəçi Niko Uilyams Avropa çempionatı tarixində turnir matçında 100% dəqiq ötürmələr, qollar vuran və məhsuldar ötürmələr edən ilk oyunçu olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.

Oxşar statistika 1980-ci ildən bəri aparılır. "Atletik"in 21 yaşlı yarımmüdafiəçisi 1/8 finalda Gürcüstan millisi ilə görüşdə 46 dəqiq ötürmə edib.

Görüş 4:1 hesabı ilə başa çatıb. 18-ci dəqiqədə ispaniyalı Robin Le Normant topu öz qapısına göndərub. Rodri 39-cu dəqiqədə hesabı bərabərləşdirib. İkinci hissədə İspaniyanın heyətində Fabian Ruiz, Niko Uilyams və Dani Olmo fərqlənib.

İspaniya 1/4 finalda Almaniya ilə qarşılaşacaq. Oyun iyulun 5-də baş tutacaq.

Seçilən
72
operativmm.az

1Mənbələr