AZ

Almaniyadan Qətərə yollanacaq - AÇ-nin TRANSFERİ

Hazırda İspaniya yığmasının düşərgəsində olan Xoselu Almaniyadan Qətərə yollanacaq. Bu barədə Fabritsio Romano məlumat yayıb.

Tanınmış insayder “Real”ın hücumçusunun “Əl-Qarafa”ya keçəcəyini bildirib. O, artıq klubların transfer üçün bütün sənədləri imzaladığını da qeyd edib. “Real” bir il əvvəl “Espanyol”dan icarəyə götürdüyü futbolçunun birdəfəlik transferi üçün 1,5 milyon avro ödəyib. Yalnız bundan sonra onun Qətər klubuna keçidi reallaşıb. Xoselu “Əl-Qarafa” ilə 2 illik müqavilə imzalayacaq.

34 yaşlı futbolçu ötən mövsüm “Real”ın heyətində 49 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
football-plus.az

1Mənbələr