AZ

Türkiyə mətbuatı: 1 iyul 2024

''Yenişafak'': Xarici İşlər Nazirliyinin Qəzza ilə bağlı diplomatiyası 

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri ilə telefon əlaqəsi saxlayıb. Görüş zamanı  Qəzzadakı son vəziyyət müzakirə olunub. Tərəflər münaqişənin regional səviyyəyə keçmə riskini qiymətləndiriblər.

''Star'': "Türkiyədən alternativ marşrut

İyulun 3-dən etibarən Türkiyə-Karasu və Rumıniya-Konstansa arasında başlayacaq ''Ro-Ro'' səfərləri  viza problemi olmayan türk TIR sürücülərinin Avropaya daha sürətli şəkildə gedib-gəlməsinə imkan verəcək. ''Ro-Ro'' səfərləri sərhəd-buraxılış məntəqələrində yaranan sıxlığı da azaldacaq.

''Sabah'': Gündəlik hasilat 5,5 milyon kubmetrə çatıb

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Sakarya qaz yatağında gündəlik hasilatın 5,5 milyon kubmetrə çatdığını ifadə edərək deyib: "Bu o deməkdir ki, 2,4 milyon evin təbii qaz ehtiyacı Sakarya qaz yatağından ödənə bilər. Bu gün Türkiyənin neft və təbii qaz istehsalı təxminən 250 min barreldir".

''Habertürk'': Antalya hava limanı 209 mindən çox sərnişinə ev sahibliyi edib
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iyunun 29-da Antalya hava limanının 209 min 540 sərnişinə ev sahibliyi edərək ən yüksək göstəriciyə çatdığını deyib.

''Vatan: Topkapı sarayı gecə saatlarında da qapılarını ziyarətçilərin üzünə açacaq

1924-cü ildən etibarən muzey olaraq fəaliyyət göstərən Topqapı sarayı ilk dəfə gecə saatlarında da qapılarını ziyarətçilərin üzünə açacaq. 28 iyun şənbə günü başlayan yeni tətbiq sayəsində Topkapı sarayını hər şənbə 21.00-23.00 saatları arasında ziyarət etmək mümkün olacaq.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
trt.net.tr

1Mənbələr