Türkiyənin İzmir şəhərində metroda bədbəxt hadisə baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir metrosunda çıxışı təmin edən eskalator qəfil naməlum səbəbdən əks istiqamətə hərəkət etməyə başlayıb.
Yaranan nasazlıq nəticəsində 9 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım qrupları cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə