AZ

Yamal kimisi AÇ-lər tarixində olmayıb

İspaniya yığmasının vingeri Lamin Yamal Almaniyada təşkil edilən AÇ-2024-ün 1/8 finalında Gürcüstan millisinə qarşı keçirdikləri oyunda (4:1) Zinəddin Zidanın nəticəsini təkrarlayıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, 16 yaşlı futbolçu Avropa çempionatları tarixində bir matçda ən azı 5 zərbə endirməyi və komanda yoldaşları üçün ən azı 5 şans yaratmağı bacaran ikinci oyunçu olub.

O, qarşılaşma ərzində qapıya 7 zərbə endirib və komanda yoldaşları üçün 6 dəfə qol şansı yaradıb. İkinci belə hal AÇ-2004-də qeydə alınıb. Həmin vaxt Zidan İngiltərə millisi ilə oyunda rəqib qapısına 6 zərbə vurmaqla yanaşı, komanda yoldaşları üçün eyni sayda qol şansı yaradıb.

Bundan başqa, sözügedən oyunçu qitə birinciliklərinin pley-offunda meydana çıxmış ən gənc oyunçu (16 yaş 357 gün) ünvanına da sahib çıxıb.

Qeyd edək ki, İspaniya seçməsi iyulun 5-də 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
fanat.az

1Mənbələr