AZ

Keşiş Baqrat Gorusda sayıqladı: " Artsaxa qayıtmaq arzumuz var..."

Xəbər verdiyimiz kimi Ermənistanı bir-birinə qarışdıran arxiyepiskop bu gün artıq 4 gündür ki, Zəngəzurdadır. Gorusda ermənilərlə görüş keçirən Baqrat artıq Ermənistanla Azərbaycan arasında münasibətlərdə "araqarışdırmaq" missiyasına söykənərək çıxışlar edib.


O, Qarabağı könüllü tərk edən ermənilərin Ermənistana gəlməsindən xəcalət çəkdiyini bildirib:
"Mən Artsaxdan olan qardaş və bacılarımıza xüsusi müraciət etmək istəyirəm. Mən İrəvanda və hər yerdə demişəm ki, sizin burada olmağımız bizim ayıbımızdır. Bizim utancımız təkcə o mənada deyil ki, siz bu gün öz vətənimizdən zorla köçürülmüsünüz, həm də ona görə ki, biz heç nə edə bilməmişik ki, bizim vətənimiz, Artsax dünyamız ermənilərlə nəfəs alsın.



Sizi hər görəndə andımızı təzələyirik ki, vətənimizə qayıtmaq arzumuz var”.
Qeyd edək ki, Baqrat Qalstanyan ötən ay İrəvanda keçmiş separatçı rejimin təmsilçiləri ilə o cümlədən Xocalı qatili Serj Sarkisyanla görüşdü. (Ləğv edilmiş qondarma qurumun sonuncu başçısı Samvel Şahramanyan onunla görüşməyib) Təsadüfi deyil ki, təxribatçı keşiş mayın 9-da aksiyalara başlayanda “Qarabağ Ermənistandır” şüarını səsləndirmişdi.


P,S. Görünən odur ki, Baqrat israrla xalqı üçün növbəti "dəmir yumruq" arzusundadır.


Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
adalet.az

1Mənbələr