AZ

SOCAR gürcüləri azərbaycanlılardan üstün tutur? – Milli şirkətin qeyri-adi jestinin ƏSL SƏBƏBİ

Gürcüstanda bu gün saat 14:00-dan etibarən SOCAR-ın yanacaqdoldurma məntəqələrində 90 dəqiqəlik bütün növ yanacaqlar 2 lari (1 manat 21 qəpik) olub. Bu barədə SOCAR Georgia məlumat yayıb.

Məlumata görə, şirkət Gürcüstan millisinin AÇ-2024-ün 1/4 finalında İspaniya millisini məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətini 90 dəqiqəlik 2 lariyə (1 AZN 21 qəpik) endirəcəyi ilə bağlı paylaşım eedibmiş. Amma Gürcüstan yığması İspaniyaya 1:4 hesabı ilə uduzub. Buna baxmayaraq SOCAR milli komandanın mübarizəsinə görə yanacaq qiymətlərini 2 lariyə endirib.

Maraqlıdır, SOCAR-ın belə jestləri Azərbaycanda etməməsinin səbəbi nədir? Nəyə görə məhsulumuz özümüzə baha, qonşuya jest olaraq bazar qiymətindən ucuz satılır?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, SOCAR bazar mühitində irəli keçməyə, rəqiblərindən üstün olmağa çalışır.

“Mən bu gün Gürcüstandayam və hadisələri canlı olaraq görürəm. Doğrudan da bəzi yanacaqdoldurma stansiyalarında ajiotaj yaşandı. SOCAR ayrıca Gürcüstanda qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən şirkətdir. Gürcüstanın pərakəndə benzin bazarında 12 böyük, təqribən 100-ə yaxın isə kiçik şirkətlər, fərdi sahibkarlar mövcuddur. Burada olduqca rəqabətli bir mühit var. Bu səbəbdən SOCAR bu mühitdə irəli keçməyə, rəqiblərindən üstün olmağa çalışır. Sözügedən şirkətin Azərbaycanda belə bir dərdi yoxdur. Çünki Təbii inhisarçıdır. İstər benzin satışı və çıxarılması, istərsə də istehsalında, Aİ 95 markalı benzinin satışında rəqibi yoxdur. Belə olduğu təqdirdə nə üçün reklam aksiyaları keçirsin? Baş vermiş situasiyaya bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Acı da olsa, həqiqətdir”,- deyə N.Cəfərli fikrini yekunlaşdırıb.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
medianews.az

1Mənbələr