AZ

Luis de la Fuente gürcülər üzərində əzmkar qələbəni şərh etdi

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün 1/8 finalında Gürcüstan millisi üzərində əzmkar qələbəni (4:1) şərh edib.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İsmarışım, birinci hissə ərzində onlara dediklərimlə eyni idi. Sakitlik, təlaşın olmaması və əsəbi qərarlar. İstəyirdim ki, hücum etmək üçün uyğun məqamları axtarsınlar, sakit olsunlar. Mən, qol vura bilməyəndə narahatlığın bir qədər artdığını gördüm ki, bu da mənfi gərginliyə səbəb ola bilər və mən onların, bunu ağıllarından uzaqlaşdırmalarını istədim. Le Normanın öz qapısına qolu? Bu vəziyyətdə mənəviyyatınıza zərbə böyük ola bilər, amma Robin bilirdi ki, bizim ona hörmətimiz, sevgimiz və dəstəyimiz var. O, əla oyunçu, əla müdafiəçi və əla insandır”, deyə Luis de la Fuente bildirib.

Xatırladaq ki, İspaniya yığması oyunda böyük ərazi üstünlüyünə, oyun keyfiyyətinə və bundan doğan statistikaya sahib ikən, qarşılaşmaya mərkəz müdafiəçisi Robin Le Normanın öz qapısına vurduğu qolla – çətin psixoloji vəziyyətdən köklənib və tədricən oyunu öz xeyrinə çevirməyi bacarıb.

Yarışın 1/4 finalına yüksəlmiş İspaniya millisi bu mərhələdə Avropa çempionatının ev sahibi Almaniya yığması ilə qarşılaşacaq. Boyundan bir neçə qarış yuxarı tullanmış Gürcüstan millisi isə azarkeşlərinin alqışları altında vətənə qayıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
arena.az

1Mənbələr