AZ

Azərbaycanda rayonlar özünü necə maliyyələşdirməlidir?

Azərbaycanda rayonlar özünü necə maliyyələşdirməlidir?

Bü gün Azərbaycanda əsas maliyyə işğaldan azad olunmuş Qarabağ bölgəsinə yönəlib. Belə ki, işğaldan azad olunmuş rayonlar da böyük qayıdış planına əsasən abadlaşdırma işləri aparılır və sakinlərin köçü artıq təmin edilir. Artıq Füzuli, Laçın və Zəngilan ilə bərabər, Şuşa və Xocalıya sakinlər ardıcıl olaraq yerləşdirilir. Sakinlər yeni evlərlə təmin olunur və vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində addımlar atılır.

Qarabağ ilə bərabər Azərbaycanın digər rayonlarının inkişaf etdirilməsi istiqamətində dotasiya yardımı edilir. Həm Qarabağ, həm də digər rayonlara ayrılan maliyyə dövlət büdcəsinə ağır yükdür. Belə olan halda Azərbaycanda rayonların özünü maliyyələşdirməsi istiqamətində hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli Sonxeber.az-ın suallarını cavablandırıb:
Azərbaycanda"Məlum olduğu kimi, bir neçə ildir ki, müxtəlif proqramlar dövlət tərəfindən qəbul edilir. Regionların tarazlı şəkildə inkişaf etməsi və paytaxtla iqtisadi bərabərsizliyin aradan qaldırılması ilə bağlı dövlət layihələri həyata keçirilir. Bu da müəyyən mənada öz bəhrəsini verib. Bizim 80-dən yuxarı rayonumuz özünü maliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərir. Sözsüz ki, bu gün ölkənin Qarabağ bölgəsində gələcəkdə bu strategiya davam etdiriləcək. Lakin bunun üçün ilk növbədə insanların köçü təmin edilməlidir. Biznes imkanları genişləndirilməli və iş yerləri açılmalıdır. Bu da həmin dövrdən sonra sözügedən rayonların özünün maliyyələşmə imkanlarına böyük təsir edəcəkdir. Onu da nəzərə çatdırmaq istəyirəm ki, həmin rayonların böyük potensialı var. Həm kənd təsərrüfatı, həm də turizm sahəsində əhəmiyyətli rol olunacaqdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
sonxeber.az

1Mənbələr