AZ

 “El pəhləvanlığı – mədəni irs” adlı tədbir keçirilib

Məlumat üçün bildiririk ki, El Pəhləvanları idman klubu İctimai Birliyinin təşkilatçılığı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “El Pəhləvanlığı – Mədəni irs” adlı layihə çərçivəsində Lənkəran şəhəri, Beyləqan və Abşeron rayonunda mədəni – kütləvi tədbir keçirilib. Layihənin məqsədi el sənəti, mədəni irsimiz olan pəhləvanlığının təbliğ etməkdən ibarətdir. El Pəhləvanları idman klubu İctimai Birliyinin sədri el pəhləvanı Nurəddin Beyləqanlı bir-birindən çətin pəhləvanlıq nümunələri sərgiləyib. Həmçinin tədbirlərdə yeniyetmə və gənclər arasında ağırlıq qaldırma üzrə yarış təşkil olunub. Fərqlənən 30 gənc müxtəlif hədiyyələr və diplomlarla təltif olunub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
sabahinfo.az

1Mənbələr