AZ

Hesablarına blok qoyulan Həbib Nurməhəmmədov həbs oluna bilər? - YENİLƏNİB

Hesablarına blok qoyulan Həbib Nurməhəmmədov həbs oluna bilər? - YENİLƏNİB

Rusiyada bütün hesabları bloklanan Həbib Nurməhəmmədova qarşı cinayət işi açıla bilər.

BAKU.WS xəbər verir ki, bunu "Nevs.ru"ya müsahibəsində vəkil Sergey Jorin bildeyib.

Ekspert qeyd edib ki, İstintaq Komitəsi vergidən yayınma əlamətləri aşkar edərsə, belə bir hal mümkündür.

"Əgər hərəkətlərdə cinayət tərkibi varsa, cinayət işi açılacaq və araşdırılacaq. Vergi ittihamı ilə üzləşən məşhurların başına gələnləri görürük. Həbs-qətimkan tədbiri seçilir, kimsə ev dustaqlığına buraxılır, kimsə həbs edilir", - Jorin qeyd edib.

Vəkil vurğulayıb ki, Nurməhəmmədovun tərəfi də hesabların bloklanmasından şikayət verə bilər.

*** 12:30

Rusiyanın vergi orqanları Həbib Nurməhəmmədovun hesablarına 297 milyon rubl borcuna görə həbs qoyub.

BAKU.WS xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.

Qeyd olunub ki, daha əvvəl Federal Vergi Xidməti H.Nurməhəmmədova məxsus bir neçə şirkəti bağlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
sonxeber.az

3Mənbələr