AZ

İrandan sensasiya: Bu ölkəyə nüvə texnologiyasını ötürə bilər

İraq İranın nüvə enerjisi sahəsində 50 illik təcrübəsindən faydalanmalıdır.

Axar.az xəbər verir ki, bu barədə sözləri İranın dini lideri Seyid Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Rəhim Səfəvi deyib.

"İki ölkə - İraq və İran geosiyasi, geostrateji, geoiqtisadi və geomədəni baxımdan bir-birini tamamlayır. Hazırda İran universitetlərində 80 mindən çox iraqlı tələbə təhsil alır. İran müxtəlif elmlər, o cümlədən humanitar elmlər, texnologiya, iqtisadiyyat və müdafiə sahələrində yüksək biliyə malikdir və biz bu elmlərdə öz bilik və təcrübəmizi İraqa verməyə hazırıq. Nüvə enerjisi haqqında bilikləri genişləndirmək üçün indi atdığınız addımlardan məmnunam və sizi nüvə enerjisi sənayesində 50 illik təcrübəmizdən və tələbələrimizdən istifadə etməyə dəvət edirəm", - Səfəvi Tehran Universal Universitetində İraqın təhsil naziri Naim əl-Abudinin də qatıldığı mərasimdəki çıxışında bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
axar.az

1Mənbələr