AZ

Media: NATO üzvləri kəşfiyyat təyyarələri tərəfindən toplanmış məlumatları Ukrayna ilə paylaşır

Media:

Bakı, 1 iyul, AZƏRTAC

NATO-ya üzv ölkələr AWACS sistemləri ilə təchiz edilmiş kəşfiyyat təyyarələrinin uçuşları zamanı toplanan məlumatları Ukraynaya təqdim edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Defence Journal” portalı Hərbi Hava Qüvvələrinin adı açıqlanmayan istefada olan zabitinə istinadla məlumat yayıb.

“Rəsmi olaraq toplanan hər hansı kəşfiyyat məlumatı yalnız NATO üzvlərinə göndərilir, lakin hamı bilir ki, bu üzvlərin bəziləri bu cür məlumatları tez bir zamanda Ukrayna ilə bölüşür. Bu, gözlənilən hücumları dəf etmək üçün Ukraynaya daha sürətli cavab vermək imkanı yaradır”,- nəşr zabitə istinadla xəbər verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
azertag.az

1Mənbələr