Rusiya iyulun 1-dən bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olacaq.
APA “RIA Novosti”yə istinadən xəbər verir ki, Rusiya sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb:
Daha ədalətli və davamlı dünya nizamının qurulması üçün çoxtərəfli əməkdaşlığa dair açıq müzakirələr;
İyulun 17-də Yaxın Şərqdə münaqişənin həlli ilə bağlı açıq debat;
İyulun 19-da həmçinin BMT və regional təşkilatlar - KTMT, MDB və ŞƏT arasında əməkdaşlığa dair Təhlükəsizlik Şurasında ilə debat keçiriləcək.