AZ

“Gənc xilasedici” Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin final mərhələsinə start verilib (FOTO/VİDEO)

Bakı. Trend:

30 iyun 2024-cü il tarixində Qəbələ şəhərində Fövqəladə HallarNazirliyi tərəfindən təşkil olunan “Gənc xilasedici” X Beynəlxalqyarışına və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublikabirinciliyinin final mərhələsinə start verilib.

Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayonİcra Hakimiyyətinin dəstəyi ilə keçirilən builki yarışlardaAzərbaycanla yanaşı Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan vəBelarusdan olan komandalar da iştirak edir.

Tədbir iştirakçıları, əvvəlcə Bakı şəhərində Fəxri xiyabanagələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarınıziyarət edib, abidəsi önünə əklil və gül dəstələri qoyublar. SonraŞəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi vəərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətənövladlarının məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl”abidəsi önünə əklil qoyulub.

İyunun 30-da Qəbələ şəhərində “Gənc xilasedici” X Beynəlxalqyarışı və “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublikabirinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları,Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və yerliElm və Təhsil, Gənclər və İdman idarələrinin, hüquq-mühafizəorqanlarının rəhbər şəxsləri, Vətən müharibəsi şəhidlərininövladları və ailə üzvləri iştirak ediblər.

Mərasimə Azərbaycan Respublikasının Dövlət Bayrağının meydanagətirilməsi və Dövlət Himninin səsləndirilməsi ilə startverilib.

Mərasimdə çıxış edən yarışların Təşkilat Komitəsinin sədri,fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev vəQəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevyarışların əhəmiyyətindən danışıb, iştirakçılara uğurlararzulayıblar.

Sonra yarışlara qatılmış komandaların təntənəli keçidi olub.

Daha sonra yarışların açılışı qala-konsertlə davam edib.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublikabirinciliyinin keçirilməsində məqsəd yeniyetmə və gənclərinfövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərarasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimaitəhlükəsizliyə məsuliyyətli yanaşma hissinin vəhərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır.

Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona vəümumrespublika yarışları mərhələsində təşkil olunur. Zonayarışlarında qalib gəlmiş komandalar Ümumrespublika finalyarışlarında iştirak edirlər. Builki Ümumrespublika birinciliyininfinal mərhələsində 18 rayon və şəhərin komandaları birincilikuğrunda mübarizə aparacaqlar.

Həmçinin, respublikanın müxtəlif bölgələrindən olan 19 nəfərşəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarınınsəmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsinəzərədə tutulur.

“Gənc xilasedici” Beynəlxalq yarışında isə Azərbaycan, Rusiya,Qazaxıstan, Özbəkistan, Gürcüstan və Belarusdan olan komandalarqüvvələrini sınayacaqlar.

Yarışlar iyulun 6-na kimi davam edəcək.

“Gənc
“Gənc
“Gənc
“Gənc
“Gənc
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
3
az.trend.az

4Mənbələr