AZ

Pürner Almaniya hökumətini Ukraynanı Rusiya ilə danışıqlara sövq etməyə çağırıb

Almaniyanın Sarah Vaqenknext Birliyi (BSW) partiyasının nümayəndəsi Fridrix Pürner Almaniya hökumətini Ukraynadan Rusiya ilə danışıqlara başlamağı tələb etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə “X” social şəbəkəsində yazıb.

"Ukraynadan Rusiya Federasiyası ilə sülh danışıqları tələb olunur. O vaxta qədər bütün ödənişlər və silah tədarükü müvəqqəti olaraq dayandırılmalıdır".

Pürner BSW-yə qoşulmazdan əvvəl səhiyyə sahəsində çalışıb. O, Almaniya mətbuatında koronavirus məhdudiyyətlərinin əleyhdarı kimi qeyd edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
ikisahil.az

1Mənbələr