Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsindəkeçirilən İspaniya - Gürcüstan qarşılşamasının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, matçın ən yaxşısı adına İspaniya millisinin üzvü Rodri layiq görülüb.
Qeyd edək ki, İspaniya millisi 4:1 hesablı qələbə qazanıb. Rodri 39-cu dəqiqədə komandasının ikinci qolunu rəqib qapısından keçirib.