AZ

Minik avtomobili qoyun sürüsünü vurub, 15 heyvan tələf olub

Kürdəmirdə yol qəzası zamanı 15 heyvan tələf olub, sahibi isə ağır xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax avtomobil yolunda, Kürdəmirin Muğanlı kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, Gəncə istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçən qoyun sürüsünü vurub.

Qəza nəticəsində avtomobillə xeyli zərər dəyib.

Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan heyvan sahibi Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisənin dəqiq başvermə səbəbi araşdırmaların sonunda bəlli olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
3
sia.az

6Mənbələr