AZ

Kürdəmirdə avtomobil qoyun sürüsünə çırpıldı: xəsarət alan var

Kürdəmirdə yol qəzası zamanı 15 heyvan tələf olub, sahibi isə ağır xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax avtomobil yolunda, Kürdəmirin Muğanlı kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, Gəncə istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçən qoyun sürüsünü vurub.

Qəza nəticəsində avtomobillə xeyli zərər dəyib.

Hadisədən sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan heyvan sahibi Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
publika.az

6Mənbələr